VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə İslam İdman Oyunları Assosiasiyası məlumat yayıb. İdman tədbirinin Kamerunun paytaxtı Yaundedə keçirilməsi planlaşdırılsa da, qərara sonradan dəyişiklik edilib.
Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Məkkə şəhərində, 2009-cu ildə Tehranda, 2013-cü ildə Balinbanqda, 2017-ci ildə Bakıda və 2023-cü ildə Konyada keçirilib.