17 fevral 2025 18:53
250

Dövlət-özəl tərəfdaşlığı layihələrinə dair TƏKLİFLƏR MÜZAKİRƏ EDİLİB

Azərbaycanın İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankı (ADB) tərəfindən hazırlanmış müxtəlif sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə edilib.

“İki sahil” xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin ADB-nin özəl sektorun inkişafı üzrə regional direktoru, missiya rəhbəri Enriko Pinallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirtdiyi görüşdə aparılıb.

Görüşdə dövlət-özəl əməkdaşlığı çərçivəsində ADB ilə əməkdaşlıq yüksək qiymətləndirilib, enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.