Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat-kommunikasiyalar aspektləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər, eyni zamanda Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsi və Suriyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov həmçinin həmkarını hazırkı regional vəziyyət, Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı ətraflı məlumatlandırıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti - TAM MƏTN
Prezident: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb
Azərbaycan Prezidenti: İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik
Azərbaycan Prezidenti: Biz heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın