“İki sahil” xəbər verir ki, bu barədə TANAP konsorsiumu rəsmi sosial şəbəkə səhifəsində paylaşım edib.
"Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarüklərin başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü fasiləsiz davam edir", - deyə paylaşımda bildirilir.