Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
"İki sahil" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 mm-lik və 1 ədəd 110 mm-lik qəlpəli top mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Kamran Bayramov: VII Forum Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirir
VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb
Kürdəmir rayonunda YAP-ın VIII Qurultayının nəticələrinə həsr olunan tədbirlər keçirilib
Oksford universitetinin məzunu, gənc mütəxəssis TAU tələbələrinə seminar keçib
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir