Bakı şəhərinin Sabunçu rayonunda fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Məmməd Ədnan oğluna məxsus şirniyyat emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı məlum olub.
Bu barədə “İki sahil”ə AQTA məlumat verib.
Məlumata əsasən, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal zamanı istehlaka yararsız məhsullardan istifadə olunduğu aşkarlanıb.
Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib
Kamran Bayramov: VII Forum Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirir
VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb
Kürdəmir rayonunda YAP-ın VIII Qurultayının nəticələrinə həsr olunan tədbirlər keçirilib