Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Vətəndaşa cavab” adlı yeni layihəyə start verib.
“İki sahil” xəbər verir ki, artıq sosial şəbəkələrdən Xidmətə ünvanlanan aktual vətəndaş sorğuları video formatında cavablandırılacaq.
Layihənin həyata keçirilməsinin əsas məqsədi vətəndaşlar tərəfindən əmək qanunvericiliyi ilə bağlı ünvanlanmış müraciətlərin qısa videoçarxlar vasitəsilə cavablandırılmasını təmin etmək, əlçatanlığa və vətəndaş məmnunluğuna nail olmaqdır.
Qeyd edək ki, layihənin ilk mövzusu “Əlilliyi olan şəxslərin əmək hüquqları”na həsr olunub.
Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib
Kamran Bayramov: VII Forum Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirir
VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb
Kürdəmir rayonunda YAP-ın VIII Qurultayının nəticələrinə həsr olunan tədbirlər keçirilib