Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“İki sahil” xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.
“Cənab Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Daim səmimi və açıq yanaşma, yaxın əməkdaşlıq və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm”, - səfir qeyd edib.
TÜRKPA-ya üzv dövlətlərinin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü baş tutub
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir - TƏHLİL
Sahibə Qafarova: Rusiya və Azərbaycan qanunverici orqanları arasında çox səmərəli əməkdaşlıq qurulub