Şuşa şəhərində 1990-cı il 20 Yanvar şəhidləri yad edilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən “İki sahil”ə verilən məlumata görə, anım mərasimində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, eyni zamanda, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şuşa şəhər sakinləri qürur və ehtiramla şəhidlərin əziz xatirəsini yad ediblər.
Şuşada şəhidlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan edilib.