Azərbaycan bizim üçün vacib tərəfdaş, qonşu ölkədir, bizim aramızda dostluq əlaqələri var.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“Bu dostluq əlaqələri, xalqlarımız arasındakı münasibətlərə, dostluğa əsaslanır. İki ölkənin ortaq maraqları, əlbəttə, bölgənin rifahına və bölgənin rolunun daha yaxşı təqdim olunmasına yönəlməlidir ki, hər iki ölkə öz maraqlarını beynəlxalq arenada düzgün şəkildə təqdim edə bilsin”, - M.Boçorişvili bildirib.
O, qeyd edib ki, Azərbaycanda yüksək səviyyədə, vacib görüşlər keçirilib.
“Bizim üçün önəmli idi ki, seçkilərdən sonra, yeni hökumət şəraitində, Gürcüstanın Baş naziri ilk səfərini qonşu ölkələrə etsin. Tura Azərbaycandan başladıq”, - Gürcüstanın XİN rəhbəri vurğulayıb.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib