Daxili İşlər Nazirliyi (DİN) İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.
“İki sahil” xəbər verir ki, görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına “Mercedes” markalı avtomobil çıxaraq qəza şəraiti yaratdığı əks olunub.
Qeyd edək ki, hadisə bu gün baş verib. Belə ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı panel keçiriləcək
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş əməkdaşın ailəsi ziyarət edilib