Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində suyun verilməsində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Qeyd edilib ki, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir.
Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.
Şəkidə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilib