Aktrisa Çimnaz Sultanova vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə aktrisanın yaxınları məlumat verib.
Məlumata görə, aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.
O, son iki ayda ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.
Şəkidə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilib