Almaniyadakı səfirimiz Nəsimi Ağayev maraqlı addımı ilə gündəmə gəlib.
“İki sahil” xəbər verir ki, o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Yeni il münasibətilə diplomatlar üçün təşkil etdiyi qəbula Azərbaycan milli geyimində qatılıb.
N.Ağayev bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Almaniyanın Federal Prezidenti Zati-aliləri Dr. Frank-Valter Ştaynmayerin Berlindəki gözəl Bellevue sarayında Diplomatik Korpusun Yeni il ziyafətində iştirak etməkdən şərəf duyuram”.
Qeyd edək ki, Nəsimi Ağayev 2022-ci ilin avqustun 19-u ölkəmizin Almaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.
Şəkidə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilib