Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər xilas edilib.
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.