Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Bərdə Rayon Polis Şöbəsinə rayon sakini Əli Məmmədovun 1500 manat müqabilində "Makarov" markalı tapança satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində Ə.Məmmədov saxlanılıb. Ondan "Revolver" və “Makarov” tipli tapançalar, 27 ədəd müxtəlif çaplı patron, 1 ədəd tüfəng və soyuq silah hesab olunan xəncər aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.