Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Moldovada tutularaq ölkəmizə təhvil verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Moldova Respublikasının səlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Həsənov Emin Nazim oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Emin Nazim oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Emin Həsənov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.