Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirləri davam etdirilir. Bununla bağlı Dövlət Komitəsində Xocalı rayonunun Ballıca kəndinə köçürüləcək vətəndaşlarla görüş keçirilib.
Komitədən “İki sahil”ə verilən məlumata görə, tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx məcburi köçkünlərə təqdim edilib.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin aidiyyəti şöbə, yerli nümayəndəlikləri və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.