Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, yoxlama zamanı sürücü Murad Əfəndiyevin narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin də qərarı ilə M.Əfəndiyevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 30 gün inzibati həbs olunub.
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.