Göygöl rayonunda 9-cu sinif şagirdi xəsarət alıb.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Molla Cəlilli kəndində baş verib. Ə.M. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən Ə. T.-dir. Onun da məktəbli olduğu deyilir.
Bıçaq xəsarəti alan şəxsin səhhəti orta-ağırdır. Hadisə məktəbdən kənarda, kənd ərazisində baş verib.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb: “Bildiririk ki, Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbin 9-cu sinif şagirdi həmin məktəbin digər 9-cu sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib