Sabunçu rayonunda 40 yaşlı kişi itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlu 05.11.2024-cü il tarixində saat 22:00 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
S.Əliyevin boyu 177 sm, saçları seyrək, qara rəngli, gözlərinin rəngi qəhvəyidir və orta bədən quruluşludur.
"Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə, (012) 428-02-02, 425-49-15 şəhər və (055) 207-08-88 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",- deyə qurumdan əlavə edilib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib