Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidinin inşa edilib.
“İki sahil” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir.
Məlumata görə, yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı km-də tikilib.
Dəmir-beton və metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3,2 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir. Hazırda keçidin ətrafında abadlaşdırılma işləri aparılır.
Layihə çərçivəsində yolun hər iki tərəfində avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib