Amerikalı sahibkar İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasına qoşulacağı təqdirdə bu, Aİ kosmik sənayesi üçün risk olacaq.
“İki sahil” xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Europe 1” radiosunda çıxışı zamanı deyib.
“Düşünürəm ki, əsl risk SpaceX rəhbərinin Amerika administrasiyasına daxil olmasıdır”, - eyə, nazir bildirib.
Onun sözlərinə görə, avropalılar suverenlikdən, eləcə də kosmosa çıxışı saxlamaqdan söhbət gedəndə buna necə cavab vermək sualı ilə üzləşirlər.