04 yanvar 2025 21:01
143

TikTok 10 yaşlı uşağın sonu oldu - Türkiyədə

İzmirin (Türkiyə) Bornova rayonunda yaşayan 10 yaşlı uşaq “TikTok”da izlədiyi videodan ilhamlanaraq təcrübə aparmaq üçün üzərinə odekolon tökərək alışqanla özünü yandırıb.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, xəstəxanaya aparılan uşaq 16 günlük həyat mübarizəsini itirərək dünyasını dəyişib.

Məlumata görə, hadisə ötən il dekabrın 17-də baş verib. Bildirilir ki, evdə tək qalan 10 yaşlı Mert Yetiştiren “TikTok”da odekolon yandırma trend videolarına baxdıqdan sonra təcrübə edib. Üzərinə odekolon tökərək alışqanla yandıran balaca oğlan sonradan alovu söndürə bilməyib və bədənində yanıq xəsarətləri alıb. Böyük səylə yanğını söndürən uşaq daha sonra vəziyyəti telefonla ailəsinə çatdırıb. Evə gələn ana daha sonra Mert Yetiştireni xəstəxanaya apardı.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”