04 yanvar 2025 19:54
161

Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili -Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında 4 Yanvar - Ümumdünya Brayl Əlifbası Günü ilə əlaqədar görmə qabiliyyəti tam məhdud şəxslər üçün Brayl əlifbası ilə "İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm" adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.

“İki sahil” xəbər verir ki, ölkə ərazisində fəaliyyət göstərən, görmə qabiliyyəti tam məhdud şəxslərin yaşadığı və təhsil aldığı xüsusi müəssisələrin sakinləri və bu kateqoriyadan olan digər şəxslər üçün nəzərdə tutulmuş vəsaitdə Müvəkkilin mandatı, səlahiyyətləri, Milli Preventiv Mexanizm fəaliyyəti, eləcə də Ombudsmana müraciət üsulları barədə məlumatlar qeyd olunub.

Qeyd edək ki, görmə qabiliyyəti məhdud şəxslərin hüquq və azadlıqlarının təmini, onların zəruri vəsaitlərlə təmin olunması daim diqqət mərkəzindədir.