04 yanvar 2025 17:32
160

Çindən Azərbaycana idxalına icazə verilməyən külli miqdarda balıqtutan torlar aşkar edilib

Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çindən Azərbaycan vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı gömrük bəyannaməsində “futbol topları və termos” kimi qeyd olunan yükün içərisindən, gömrük orqanına bəyan edilməyən, mülki dövriyyədən çıxarılan və idxalına icazə verilməyən diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli 4 846 ədəd balıqtutan tor aşkar edilib.