Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb
“İki sahil” xəbər verir ki, ötən gün rayonda baş verən zəncirvari qəza nəticəsində, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı , 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunda rayon ərazisindən keçən hissəsində baş verən zəncirvari qəzasında 7 nəfər yaralanıb. Onlardan artıq 3-ü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.