Şirvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuatm Xidmətindən "İki sahil"ə verilən məlumata görə, şəhərdə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 58 m² olan 2 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 5 m² sahədə, 2 paq.m mətbəx mebeli və 1 ədəd məişət avadanlığı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.