27 dekabr 2024 15:13
123

Təyyarə qəzasında həyatını itirən qusarlı gənc dəfn olunub

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.

“İki sahil” xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.

Təyyarə qəzasında Xədicə ilə birlikdə onun qardaşı Əli də həyatını itirib.