AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri açıqlanmadan bu hadisə haqqında şərh verməyəcəyik.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Araşdırmanın nəticələri əsasında veriləcək qərarlar elan edilənə qədər biz özümüzə hansısa qiymət vermək hüququnu tanımırıq və bunu etməyəcəyik.
Bununla yanaşı, bizim aviasiya qurumlarımız var və bu məsələlərdə hər hansı məlumat yalnız onlardan gələ bilər. Biz isə bu hadisəni şərh etmək hüququnu özümüzdə görmürük", - deyə Peskov vurğulayıb.