Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov “Kommersant”a verdiyi qısa müsahibədə bildirib ki, ABŞ-ın sabitliyi pozan hərəkətləri Vaşinqtonun “düşmən” saydığı ölkələr üçün əks xarakterli əks tədbirlər üçün stimul olur.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov “Kommersant”a verdiyi müsahibədə bildirib.
Bu baxımdan, o hesab edir ki, indi silahlanma yarışı dövrünün başlanmasının əlamətləri var. Eyni zamanda, bu mövzu ilə bağlı proqnozlar vermək yersiz dir.
“Biz öz növbəmizdə heç kimi təqib etmirik, lakin əlbəttə ki, mümkün qədər ehtiyatlı davranaraq, güc balansını qorumaq üçün çalışmaq məcburiyyətində qalacağıq, eyni zamanda, bu sahədə öz maraqlarımızı təmin etmək və onların təhlükəsizliyinə yüz faiz təminat vermək, o cümlədən, lazım gələrsə, asimmetrik addımlar atacağıq”, - deyə, Sergey Ryabkov bildirib.