Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.
Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiya şöbəsinə yerləşdirilib.
“Təqribən 3-4 nəfərin vəziyyəti orta ağırdır. Hal-hazırda dəyərləndirmə aparılır. Digərləri isə kafi vəziyyətdədir. Xəstələrin əksəriyyəti 24-48 saatlıq müşahidədən sonra evə buraxıla bilərlər”, – direktor müavini vurğulayıb.
O, eyni zamanda, reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinə də aydınlıq gətirib: “Küt bədən travması, baş-beyin silkələnməsi, döş qəfəsinin küt zədələnməsi olan xəstəmiz var”.