Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar.
“İki sahil” "Baku TV"yə istinadən xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralıların müayinə və müalicəsi yüksək səviyyədə təmin olunur: "Məqsədimiz onların tez sağalıb, evə qayıtmalarıdır. Bundan əvvəl gətirilmiş 7 nəfər isə artıq plataya köçürülüb. Onların vəziyyətləri stabildir".
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.