26 dekabr 2024 20:32
116

Türkiyədəki diplomatik korpusun nümayəndələri Azərbaycan səfirliyini ziyarət ediblər

Türkiyədə AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi yad edilib.

“İki sahil” xəbər verir ki, bununla əlaqədar dekabrın 26-da səhər saatlarından etibarən, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri Azərbaycanın Ankaradakı səfirliyinə gəliblər.

Başsağlığı vermək üçün səfirliyə gələn Türkiyə xarici işlər nazirinin müavini Kemal Bozay, Rusiyanın Türkiyədəki səfiri Aleksandr Yerxov, Banqladeşin Azərbaycan üzrə qeyri-rezident səfiri Amanul Haq, Taylandın Azərbaycan üzrə qeyri-rezident səfiri Apirat Suqonhabhrom, Mekskanın Türkyədəki səfri Xose Luis Hernandez, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçn Qafarlı, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general Yücel Karayüz və başqa ziyarətçilər səfrilikdə açılan xatirə kitabına ürək sözlərini yazıblar.

Qəza nəticəsində həlak olanların xatirəsinə dualar oxunub, Türkiyə-Azərbaycan həmrəyliyi vurğulanıb.