Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında xəsarət alanların Bakıya gətirilmiş 7 nəfəri Yeni Klinikaya yerləşdiriləcək.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib.
“Bütün mütəxəssislər orada yaralıları müalicə edəcək”, - o deyib.