26 dekabr 2024 17:18
116

AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb

AZAL-ın zərər görmüş təyyarəsinin pilotları məcburi eniş üçün sorğu göndərsələr də Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Euronews"a Azərbaycanın hökumət mənbələrindən bildirilib.

Qeyd edilib ki, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaları əmr olunub.

Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb.