26 dekabr 2024 16:59
117

Məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında dəyişiklik edilib

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı Naxçıvan MR Təhsil Nazirliyinə də səlahiyyət verilib. İndiyə qədər Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirdilər. Qərara əsasən, Naxçıvan MR Təhsil Nazirliyinə də bu səlahiyyət verilib.