26 dekabr 2024 16:41
103

Azərbaycanın NATO-dakı Nümayəndəliyində xatirə kitabı açılıb

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərlə əlaqədar Azərbaycanın NATO-dakı Nümayəndəliyində xatirə kitabı açılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Nümayəndəlikdə faciəvi qəzada həlak olan 38 nəfərin xatirəsinə 26-27 dekabr tarixlərində səhər saat 10:00-dan 15:00-a qədər xatirə kitabı açıq olacaq.