Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında baş vermiş AZAL təyyarə qəzasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı göstəriş verib.
"İki sahil" yerli KİV-ə istinadən xəbər verir ki, o, ölkədə bütün hava limanlarının və hava nəqliyyat vasitələrinin plandankənar yoxlamadan keçiriləcəyini açıqlayıb.
Bildirib ki, yoxlamalar çərçivəsində təyyarə ekipajlarının kvalifikasiyası və peşəkarlığı da qiymətləndiriləcək.
“Bu üzücü hadisə bizə də uçuşların təhlükəsizliyi sahəsində əlavə tədbirlər görməyin vacibliyini göstərir. İlk növbədə, plandankənar yoxlamalar həyata keçirilməli və hava limanlarının, eləcə də, hava nəqliyyat vasitələrinin texniki vəziyyəti xüsusi nəzarətə götürülməlidir”, – Baş nazir deyib.