26 dekabr 2024 13:34
98

Bu, mənim qardaşımla sonuncu danışığım oldu - Qəzada həlak olan Anar Babayevin qardaşı

Qardaşımın kədərli xəbərini aldıq. Bu gün bizə məlumat verildi ki, onun şəxsiyyəti müəyyənləşdirilib. Cəsədinin gətirilməsini gözləyirik. Onu itirmək bizim üçün çox ağırdır.

“İki sahil” xəbər verir ki, bu sözləri ötən gün Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan 34 yaşlı Anar Babayevin qardaşı Höccət Babayev jurnalistlərə açıqlamasında söyləyib.

H.Babayev qeyd edib ki, qardaşı Anar 23 ilə yaxındır işi ilə əlaqədar Qroznıya gedib-gəlirdi: “O, tez-tez Qroznıya gedirdi. Bu dəfə də işi ilə bağlı getmişdi. Onunla əlaqə saxladım, danışdım. Hər şey yaxşı idi. Amma təəssüf ki, bu, mənim qardaşımla sonuncu danışığımız oldu”.

Höccət Babayev dərin hüznlə qardaşının nəşinin Vətənə gətirilməsini gözlədiyini ifadə edərək digər həlak olan insanların da ailələrinə səbir diləyib.