26 dekabr 2024 11:01
99

Özbəkistan Ali Məclisi Senatının sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə "İki sahil"ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda deyilir: “Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə kədərli xəbəri dərin hüznlə aldıq.

Özbəkistan Respublikası Ali Məclisinin Senatı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram”.