26 dekabr 2024 10:37
94

Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

Müsəlman Ağsaqqalları Şurası Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Şura Azərbaycan xalqına, Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz Uca Allahdan yaralananların tezliklə sağalmasını diləyirik", - məlumatda bildirilir.