Təyyarə qəzasında xəsarət alanlara tibbi yardım üçün Astanadan Aktauya sanitar aviasiya təyyarəsi enib.
“İki sahil” Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, təyyarədə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin iki reanimatoloq, 4 travmatoloq, neyrocərrah və kombustioloqdan (yanıq mütəxəssisi) ibarət səyyar briqadası gəlib.