25 dekabr 2024 17:35
228

Rövşən Nəcəf təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib

SOCAR prezidenti Rövşən Nəcəf AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

“İki sahil” xəbər verir ki, Rövşən Nəcəf bu barədə özünün rəsmi "X" hesabında paylaşım edib:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik.