AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
AZAL-dan "İki sahil"ə verilən açıqlamaya görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Sadiq Qurbanov: Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu kimi yeni bir institutun yaradılmasına ehtiyac var
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib