25 dekabr 2024 11:31
169

BANM ilə Atırau Neft və Qaz Universiteti arasında əlavə protokol imzalanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti QSC arasında olan əməkdaşlıq haqqında memoranduma əlavə protokol imzalanıb.

Bu barədə "İki sahil"ə BANM-dən məlumat verilib.

Əlavə Protokol çərçivəsində BANM-in kampusunda Azərbaycan-Qazaxıstan Elm və Təhsil Mərkəzi yaradılıb.

Bu Mərkəz neft-qaz sənayesi, energetika və ekologiya sahələrində elmi-tədqiqat fəaliyyəti həyata keçirəcək, bu fəaliyyətlər karbon emissiyalarının azaldılması, rəqəmsallaşma və davamlı inkişaf təşəbbüslərinin dəstəklənməsinə yönəldiləcək.

Bu təşəbbüslər sahə üzrə mütəxəssislərin inkişafını dəstəkləməklə yanaşı, iki qardaş ölkə arasına təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.