“Otuz iki ili Cəbrayılsız yaşadıq. Düzdür, mən oradan ayrılmağa məcbur olanda uşaq idim, amma doğma yurddan aralı qalmaq, məcburi köçkün həyatı yaşamaq çox çətindir. Bu gün isə 35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır”.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün Amil Əliyev söyləyib. A. Əliyev öz dədə-baba torpağına qayıtmağın, orada yaşamağın gözəl hisslər olduğunu vurğulayıb. Bildirib ki, bu hissləri sözlərlə ifadə etmək mümkün deyil.
O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna öz təşəkkürümü bildirib.
Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır - Muxtar Babayev
Vəkillər Kollegiyasının üzvü Dünya Tibb Hüququ Assosiasiyasının Tibbi Cinayət Hüququ Komitəsinin üzvü seçilib
Azərbaycanda Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu bərpa olunmalıdır - Komitə sədri