“Bu gün Cəbrayıl şəhərinə geri qayıdırıq, 31 illik ayrılıq sona çatır. Hisslərimizi sözlə ifadə etmək çətindir. Çox sevincli və qürurlu şəkildə qayıdırıq”.
“İki sahil” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün İsmayıl Mahmudov söyləyib.
O deyib: “Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə cansağlığı arzulayıram. Biz onların sayəsində bu gün doğulduğumuz yerlərə, evimizə- obamıza qayıdırıq. Allah bütün məcburi köçkünlərə geri qayıtmağı nəsib eləsin”.
Çox çətin günlər yaşadığını deyən keçmiş məcburi köçkün, həmçinin əlavə edib ki, 40 yaşında çıxdığı Cəbrayıla 70 yaşında geri dönür.
Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır - Muxtar Babayev
Vəkillər Kollegiyasının üzvü Dünya Tibb Hüququ Assosiasiyasının Tibbi Cinayət Hüququ Komitəsinin üzvü seçilib
Azərbaycanda Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu bərpa olunmalıdır - Komitə sədri