Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir.
Bildirilib ki, Nəsimi rayonunun Abbas Səhhət küçəsində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar dekabrın 25-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə A.Səhhət, C.Məmmədquluzadə, N.Vəzirov, H.Ələsgərova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Nazir müavini: İqlim dəyişmələrinin fəsadları təhlükəli hadisələrin artması və şiddətlənməsi ilə müşahidə edilir
Dünyada hər beş pərakəndə satış şirkətindən biri kiberhücumlar nəticəsində məlumatlarını itirib
Muxtar Babayev: Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq