“TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb.
"Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib
Hər üç şagirddən ikisi mətnləri oxusa da, oxuduğunu yetərincə anlaya bilmir - Emin Əmrullayev
Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib